“Qarabağ” oyuna “Braqa”dan ciddi hazırlaşıb” - Əfran İsmayılov 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” oyuna “Braqa”dan ciddi hazırlaşıb” - Əfran İsmayılov 

İdman

22 Fevral 2024 12:59 656


"Mən ilk gündən demişəm ki, "Qarabağ"a inamım böyükdür. Bilirdim ki,"Qarabağ" səfərdə rahat şəkildə uduzmayacaq, ən azından heç-heçə edəcək. Komandanın qalib gələcəyinə inanırdım. Şükürlər olsun, "Qarabağ" istədiyi oyunu oynadı və layiqli qələbə qazandı". 

Yenisabah.az xəbər verir ki, bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib. O, Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qalib gəldiyi ilk oyun (4:2) və bu gün keçirəcəyi cavab görüşü haqqında fikirlərini bölüşüb. 

Sabiq forvard Portuqaliya komandasının cavab matçına çox ciddi hazırlaşdığını qeyd edib: "Braqa" ilk oyuna arxayın şəkildə çıxmışdı. Düşünürdülər ki, rahat qələbə qazanacaqlar və Bakıya arxayın şəkildə gələcəklər. Amma belə olmadı. "Qarabağ"ın kifayət qədər təcrübəsi var və böyük klublara qarşı mübarizə aparıb. "Qarabağ" onları ayıltdı ki, necə böyük, istəkli, intizamlı bir komandaya qarşı oynayırlar. Buna görə də "Braqa" Bakıya oyundan 2 gün əvvəl gəldi. Bu da onların matça necə ciddi hazırlaşdıqlarından xəbər verir. Biz onlardan da ciddi hazırlaşmışıq. Tarix üstünə tarix yaza bilərik. Bunu bütün komanda, bütün Azərbaycan xalqı dərk edir. İnanıram ki, "Qarabağ" bu gü də intizamlı oynayacaq və öz azarkeşləri önündə layiqli qələbə qazanacaq".  Pepperoni pizza

Ə.İsmayılov "Qarabağ"ın şansları əldən verməyəcəyini bildirib: "Rəqibin əsas futbolçularından Bruma zədəsini sağaldıb. Əlbəttə ki, bu bir təhlükədir. Amma mən Qurban Qurbanovu, "Qarabağ"ı tanıyıram. İnanmıram ki, Qurban müəllim komandanın arxayınlaşmağına icazə versin. "Qarabağ" ildən-ilə tarix yazır. Əgər komandada arxayınlıq olsaydı, bu uğurlar bir yerdə dayanardı. "Qarabağ" istəklə, əzmlə irəliyə doğru addım atır. Bu gözəl bir şansdır. "Qarabağ"ın bu şansı əldən verəcəyini düşünmürəm. Amma yenə də futbolda belə şeylər olur. "Qarabağ" istənilən halda təcrübə qazanır".

Ə.İsmayılov "Qarabağ"ın 1/8 finala adlayacağına inandığını vurğulayıb: "Mən inanıram ki, bu gün "Qarabağ" bizi sevindirəcək. Bütün azərbaycanlıların gözü bu komandanın üzərindədir. Mənim "Qarabağ"a inamım böyükdür. "Qarabağ"ın 1/8 final mərhələsinə adlayacağını düşünürəm. "Braqa" ilk dəqiqələrdən hücuma atılacaq, üstümüzə gələcək. Təmkinli olmaq, intizamlı oynamaq lazımdır. Boşluqlar olacaq, şans yaranacaq. İnşallah, bu şanslardan istifadə edib, qol və qollar vurub növbəti mərhələyə adlayacağıq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!