“Qarabağ” oyunçunun adını səhv yazdı - 3000 manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” oyunçunun adını səhv yazdı - 3000 manat cərimələndi

İdman

23 Fevral 2021 14:31 824


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, toplantıda “Qarabağ”ın futbolçusu Uroş Matiçin formasında adının düzgün yazılmaması da müzakirə olunub.

Komitə Premyer Liqanın XVI turunda “Sumqayıt”la qarşılaşmada (0:0) serbiyalı yarımmüdafiəçinin formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimələnib. pizza

Matiç əvvəllər də arxasında "Matic`" yazılmış formalarla oyuna çıxıb. Sadəcə, məsələ həmin vaxt diqqətdən yayınıb və yalnız sosial şəbəkədə gündəmə gətirilib.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı qolsuz bərabərliklə başa çatıb. PFL-in əsasnaməsinin 4.4 bəndinə görə, formalardakı yazılarda Azərbaycan əlifbasından istifadə olunmalıdır: "Başqa əlifbadan istifadə edən klublar cəzalandırılacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!