“Qarabağ” – “Partizani” matçının hakim təyinatları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” – “Partizani” matçının hakim təyinatları açıqlandı

İdman

15 İyul 2019 08:50 1301


Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Partizani" (Albaniya) oyununun hakim təyinatları açıqlanıb.

"Yeni Sabah” xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Dumitru Muntean olacaq. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcək, 4-cü hakim funksiyasını isə Aleksandru Tean yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Partizani" oyunu iyulun 17-də, saat 21:00-da "Dalğa Arena"da keçiriləcək.

Komandalar arasında Albaniyada oynanılan görüş qolsuz bərabərliklə sona çatmışdı.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!