“Qarabağ” avrokuboklarda növbəti matçına çıxıb.
Yenisabah.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Kiprin AEL klubunu sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyi matçın sonlarında həll olunub.
Hakimin final fitinə 3 dəqiqə qalmış fərqlənən yeni transfer Kadi Borqes “Qarabağ”a çətin qələbə qazandırıb. Bu, ağdamlıları ardıcıl 9-cu dəfə avrokubokların pley-offuna daşıyıb. Toyuqlu pizza
Qeyd edək ki, pley-off mərhələsinə gələn həftə start veriləcək. “Qarabağ” “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə görüşəcək. Avqustun 19-dakı matç Bakıda, ayın 26-dakı görüş səfərdə keçiriləcək.
Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) - 1:0
Qol: Kadi Borqes, 87
Baş hakim: Kristo Tohver (Estoniya)
Telegram kanalımız