“Qarabağ” Polşa klubuna uduzdu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Polşa klubuna uduzdu

İdman

01 İyul 2023 22:33 1567


Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, "köhlən atlar" ikinci sınağında Polşa "Legiya"sı ilə qarşılaşıb. "Kössen Arena"da oynanılan görüş "köhlən atlar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Varşava təmsilçisindən qolları 74-cü dəqiqədə Mark Qual və 80-ci dəqiqədə Yurgen Elitim Sepulveda vurublar. pizza sifarişi

Ağdam klubu Avstriyadakı ilk matçında Macarıstan "Ferentsvaroş"u ilə 3:3 hesablı heç-heçə edib.

Yoxlama oyunu

1 iyul

20:00. "Qarabağ" (Azərbaycan) - "Legiya" (Polşa) - 0:2

Qollar: Mark Qual, 74. Yurgen Elitim Sepulveda, 80

Avstriya, "Kössen Arena".

Qeyd edək ki, "Qarabağ"ın üçüncü rəqibinin adı hələlik bəlli deyil./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!