“Qarabağ” püşkatmada səpələnmişlər səbətində olacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” püşkatmada səpələnmişlər səbətində olacaq

İdman

27 Avqust 2020 00:49 945


“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində yer alacaq.

Yenisabah.az xəbər verir ki, ağdamlıların sözügedən səbətdə yer almasına səbəb II təsnifat mərhələsinin oyununda Bolqarıstan təmsilçisi “Lüdoqorets”in “Midtülland”a məğlub olmasıdır.

Belə ki, avqustun 31-də keçiriləcək püşkatmada Çempionlar yolu üzrə mübarizə aparan 10 komanda reytinqinə əsasən, hərəsində beş komanda olmaqla iki səbətə bölünəcək. Dördpendirli pizza

“Qarabağ” reytinqinə görə 6-cı nəticəyə malik idi. Bu isə onların ikinci “beşliy”ə düşməsi ilə nəticələnəcəkdi. 

Daha reytinqli beş komandadan birinin – “Lüdoqorets”in büdrəməsi isə Ağdam klubunu ilk beşliyə salıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!