“Qarabağ” - “Qalatasaray” matçına 1,5 saata 25 min bilet satıldı

“Qarabağ” - “Qalatasaray” matçına 1,5 saata 25 min bilet satıldı

İdman Veb saytların hazırlanması

16 Mart 2023 13:10 936


"Qarabağ" - "Qalatasaray" xeyriyyə matçının biletləri bu gün satışa çıxarılıb. 

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, 1,5 saata artıq 25 min bilet satılıb.

Qeyd edək ki, martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!