"Qarabağ" AFFA-ya müraciət edib
"Qarabağ" "Qalatasaray"a qarşı keçirəcəkləri xeyriyyə oyununa hakim təyinatı üçün AFFA Hakimlər Komitəsinə müraciət edib.
Bu barədə Qol.az saytına açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. O, görüşü azərbaycanlı hakimlərin idarə edəcəyini desə də, konkret olaraq referinin hələ müəyyənləşmədiyini söyləyib:
"Qalatasaray"la oyuna hakim təyinatları üçün AFFA Hakimlər Komitəsinə müraciət etmişik. Oyunu azərbaycanlı hakimlər idarə edəcəklər. Kimlərin olacağı bizə deyilməyib. Amma ümid edirik ki, baş hakim FİFA referisi olacaq".
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq. Oyuna bilet satışı bu gün start götürüb. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
Telegram kanalımız