“Qarabağ” - “Qalatasaray” matçının biletləri satışa çıxarılır - QİYMƏT

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Qalatasaray” matçının biletləri satışa çıxarılır - QİYMƏT

İdman

15 Mart 2023 12:58 979


“Qarabağ” - “Qalatasaray” oyununun biletlərinin qiyməti və satış məntəqələrinin siyahısı bəlli olub. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionunun Türkiyə klubu ilə yoldaşlıq görüşünün biletləri sabah satışa çıxarılacaq. Xeyriyyə məqsədi ilə keçiriləcək qarşılaşmanın biletləri saat 11:00-dan əldə etmək mümkün olacaq. Marqarita pizza

Bunun üçün azarkeşlər 3, 5, 30, 50 və 100 manat ödəməlidir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın fan-şopunda, həmçinin “iticket.az” və onun satış məntəqələrində əldə etmək mümkün olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!