“Qarabağ“ “Qalatasaray“ və “Fənərbağça“nı qabaqladı 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ “Qalatasaray“ və “Fənərbağça“nı qabaqladı 

İdman

23 Oktyabr 2020 17:49 1307


Avrokuboklarda qrup mərhələsinin ilk turundan sonra klubların yeni reytinq cədvəli açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın ən yüksək göstəriciyə malik təmsilçisi "Qarabağ"dır.

Bu mövsüm aktivinə 3 xal əlavə edən Ağdam klubu ümumi 21,000 xalla qitənin 64-cüsüdü. "Atlılar" bu pilləni "Styaua" (Rumıniya) ilə bölüşür. Təmsilçimiz "Milan", PSV kimi komandalardan 1 xal geri qalır, eyni zamanda "Qalatasaray", "Fənərbağça", "Qlazqo" kimi kollektivlərdən öndə qərarlaşıb. pizza sifarişi

Azərbaycan klubları arasında ikinci ən yaxşı göstərici "Qəbələ"dədi. "Qırmızı-qaralar" 5,500 xalla 198-207-ci pillələri bölüşür. "Neftçi" isə 5,000 xalla 222-227-ci yerlərə şərikdi.

"Keşlə", "Sumqayıt", "Zirə", "Səbail" və "Kəpəz" də siyahıda yer alıb. 3,325 xalı olan bu komandalar (bu həm də ölkənin ümumi orta əmsalıdı) 301-305-ci pillələri bölüşdürür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!