Bu gün "Qarabağ" və "Qalatasaray" arasında xeyriyyə oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, azarkeşlər tərəfindən maraqla gözlənilən matç Bakı Olimpiya Stadionunda oynanılıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, iki komanda arasında tarixdə ilk oyun olub.
Matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi hazırda Azərbaycan Premyer Liqasında, İstanbul klubu isə Türkiyə Superliqasında liderdir.
26 mart
Xeyriyyə (qardaşlıq) oyunu
20:00. "Qarabağ" - "Qalatasaray" - 1:2
Qollar: Reydon Cica, 19 - Bafetimbi Qomis, 4, Mauro İkardi, 87-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.
Telegram kanalımız