“Qarabağ” “Qalatasaray”ı geridə qoydu 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Qalatasaray”ı geridə qoydu 

İdman

23 Fevral 2024 13:03 965


Avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın klub reytinqində dəyişikliklər olub. 

Yenisabah.az xəbər verir ki, “Qarabağ” "Braqa"nı keçərək Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsi sayəsində UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb. 

İndi aktivində 32.000 xalı olan Ağdam təmsilçisi 60-cı yerdən 56-ci pilləyə yüksəlib. "Fənərbaxça" və "Seltik"lə ilə eyni yeri bölüşən "Qarabağ" Avropa Liqasında mübarizəni dayandıran "Qalatasaray", eləcə də "Fionrentina"nı geridə qoyub.  pizza

Ölkələrin reytinqində isə Azərbaycan yenə 27-ci yerdədir. Ancaq artıq avrokuboklarda təmsilçisi olmayan Bolqarıstandan (19,875) cəmi  0,500 xal geri qalırıq. Bu da o deməkdir ki, "Qarabağ"ın 1/8 finalda bir qələbəsi Azərbaycanın Bolqarıstanı geridə qoymağına kifayət edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!