“Qarabağ”ın İspaniya “Leqanes”indən heyətinə qatacağı futbolçu Ovusu Kvabenanın transfer qiyməti açıqlanıb.
“Yeni Sabah” İspaniya mətbuatına istinadən xəbər verir ki, klubla 2022-ci ilin yayına qədər müqaviləsi olan hücumçunu Ağdam təmsilçisi birdəfəlik almaq niyyətindədir. Belə olan halda isə Ağdam təmsilçisi qanalı futbolçunun transferinə 300 min avro ödəməlidir.
Lakin müqavilədə yer alan bəndə əsasən, "Leqanes" Kvabenanın bundan sonrakı transfer hüququnun 50 faizinə də sahib olacaq. Bu keçiddən hücumçunun mövsümün ilk yarısını icarədə keçirdiyi "Kordoba" klubu da yararlana biləcək. pizza hut
Telegram kanalımız