"Qarabağ"ın yeni transferi İbrahima Vadji üçün Norveçin "Haugesund" klubuna ödədiyi məbləğ bəlli olub.
Yenisabah.az xəbər verir ki, Türkiyə mətbuatı bu transfer üçün Ağdam təmsilçisinin qarşı tərəfə 500 min avro ödədiyini yazib.
Ancaq rəqəmin fərqli olduğunu iddia edənlər də var. Qol.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" 26 yaşlı hücumçunu 600 min avro qarşılığında transfer edib. Sezar pizza
Qeyd edək ki, seneqallı oyunçu "Qarabağ"la 3 illik müqavilə imzalayıb.
Telegram kanalımız