Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb - Rəsmi

Maraqlı

13 Aprel 2023 13:30 2156


Prokurorluq məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı məlumat yayıb. 

Baş Prokurorluqdan Yenisabah.az-a bildirilib ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə ibtidai istintaq davam edir.  pizza

Qeyd edək ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluqda təqsirli bilinərək, bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!