Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanan hərbçi Qoşqar Hacıyev vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, o, ötən gecə “Ege Hospital”da dünyasını dəyişib.
Qeyd edək ki, Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Dördpendirli pizza
2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub. /Report
Allah rəhmət eləsin!
Telegram kanalımız