Qarabağ qazisindən rüşvət alan vəzifəli şəxsin məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ qazisindən rüşvət alan vəzifəli şəxsin məhkəməsi başladı

Kriminal

09 Fevral 2021 13:35 609


Bakı Ağır Cinayətlər Məhkəməsində hərbçilərdən rüşvət almaqda təqsirləndirilən Fərhad Dəmirov və Şəhriyar Qeybullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenisabah.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 15-nə təyin edilib. Toyuqlu pizza

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Dəmirov Fərhad Ağamurad oğlunun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov 17 noyabr 2020-ci il tarixdə 1200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Qeybullayev Şəhriyar Mehman oğlu vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanıb.

Bildirilir ki, 19 aprel 1994-cü ildə Ağdam rayonu Güllücə kəndi ətrafında gedən döyüş zamanı yaralanan Asif Məlikov Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən hərbi travma alması barədə rəy verilib. 

Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə A. Məlikova 6 600 manat məbləğində icbari sığortanın ödənilməsi müqabilində Fərhad Dəmirov ondan 2020-ci ilin noyabr ayının əvvəllərində 1 200 manat pul vəsaitini rüşvət qismində istəyib. 

17 noyabr 2020-ci il tarixdə filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışan Şəhriyar Qeybullayev vasitəsilə Asif Məlikovdan həmin pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış material üzrə 17 noyabr 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Fərhad Dəmirov və Şəhriyar Qeybullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!