Qarabağ qazisinə nasaz avtomobil verilib? - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ qazisinə nasaz avtomobil verilib? - Fotolar

Sosial

16 Sentyabr 2019 11:07 1891


Qarabağ Müharibəsi əlili Həşimov Asif Gülverdi oğluna 28 may 2019-cu il tarixində dövlət tərəfindən avtomobil verilib. Avtomobilin sənədinə "Xəzər LX”yazılsa da, verilən avtomobilin üstündə həm "Xəzər”in, həm də "Azsamand”ın loqosu var. Üstəlik həmin avtomobildə texniki problem də aşkarlanıb.

"Yeni Sabah" bildirir ki, bu haqda Qaynarinfo-ya qazi Asif Həmişov özü məlumat verib.

O, sayta şikayətində bildirib: pizza mizza

"Maşın verilən zaman nasaz idi. Bunu orada bilmirdim. Dedilər, yanacaqdandır, bir dəfə benzin vurdum, ancaq yenə də işləmədi.

Onu da deyim ki, maşın mənə veriləndə təhvil-təslim aktına imza atmamışam. Çünki nasaz avtomobilin təhvil-təslim aktına imza ata bilməzdim. Mənə verilən əlaqə nömrəsinə zəng edib işləməyən maşını nə üçün verdiklərini soruşdum, onlar isə servisə aparmağımı tövsiyə etdilər. Maşının yararsız olduğunu və zavoda geri qaytarmaq gərəkdiyini bildirdim. Yenə məhəl qoyan olmadı. Sadəcə hər gün biri zəng edir, yenə eyni sualları verib, məni hövsələdən çıxarırlar".

Qazı Asif Həşimov onu da qeyd edib ki, məsələ ilə əlaqədar bir çox dövlət orqanlarına şikayət məktubu ünvanlasa da, heç birindən cavab çıxmayıb:

"Sadəcə, problemi bir-birinin üstünə atır, mənim onsuz da qaydasında olmayan əsəblərimi pozmaqla məşğul olurlar. Elə bil qəsdən kimsə bizi narazı salmağa çalışır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!