“Qarabağ” “Qəbələ” ilə oyunda xal itirdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Qəbələ” ilə oyunda xal itirdi

İdman

20 Aprel 2024 18:48 886


Misli Premyer Liqasında 31-ci turun oyunları davam edir.

Yenisabah.az xəbər verir ki, 28-ci turda çempionluğunu rəmiləşdirən "Qarabağ" sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edib. Oyunda 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2.

Günün digər matçında isə ikincilik uğrunda mübarizə "Neftçi" 46 xalla 4-cü yerdə olan "Zirə"nin qonağı olacaq. İkinci pilləyə yüksəlmək üçün bu oyunda "Zirə"yə qələbə lazımdırsa, "Neftçi"yə heç-heçə də kifayət edir. pizza sifarişi

 

20 aprel (şənbə)

16:30. “Qarabağ” – “Qəbələ” - 2:2 

Qol: Yassin Benzia, 66, Abdullah Zubir - Bilel Auşeriya, 19, Akokpo, 85 

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Tofiq Bəhramov adına Respublika Stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!