Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Yenisabah.az xəbər verir ki, "Qəbələ" doğma meydanda lider "Qarabağ"ı qəbul edib. Qonaqlar ikinci hissədə vurduqları 5 qolla meydan sahiblərini darmadağın ediblər. Bu qələbə sayəsində xallarını 50-yə çatdıran lider "Qarabağ" "Neftçi" ilə xal fərqini yenidən 4-ə yüksəldib.
"Keşlə" doğma meydanda "Səbail"i məğlub edib - 1:0. "Neftçi" "Sabah"ın qonağı olub. "Sabah" 8 nəfərlə qaldığı oyundan bir xalla ayrıla bilib - 2:2. Günün son qarşılaşmasında isə "Zirə" evdə "Sumqayıt"ı sınağa çəkib. Matç qolsuz bərabərliklə başa çatıb. pizza sifarişi
25 aprel (bazar)
20:00. “Zirə” – “Sumqayıt” - 0:0
17:00. “Qəbələ” – “Qarabağ” - 0:5
Qollar: Xayme Romero, 64, Qara Qarayev, 68, Mahir Emreli, 87, 89, 90+1
18:00. “Keşlə” –“Səbail” - 1:0
Qol: Rəhman Hacıyev, 51
19:15. “Sabah” – “Neftçi” - 2:2
Qollar: Təmkin Xəlilzadə, 24, Ramil Şeydayev, 29, - Namik Ələsgərov, 36-pen, 60-pen.
Telegram kanalımız