“Qarabağ“ Qəbələyə getdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ Qəbələyə getdi

İdman

14 İyul 2020 15:17 1519


2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.

Yenisabah.az xəbərt verir ki, komanda səhər saatlarında əyalətə yola düşüb.

Hazırda İspaniyada olan Xayme Romero və Miçel Maderadan başqa hamı Ağdam təmsilçisinin düşərgəsindədir. Yeri gəlmişkən, ispaniyalı yarımmüdafiəçilərin yenidən Bakıya qaytarılması istiqamətində işlərə artıq start verilib. Pepperoni pizza

Sportinfo yazır ki, dünən isə komanda üzvləri koronavirus testindən keçiblər. Klubun işçiləri, məşqçilər heyəti və futbolçulardan götürülmüş analizlərin nəticəsi mənfi çıxıb.

"Qarabağ" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılan 2019/2020 mövsümünün qalibi elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!