“Qarabağ” “Qızıl üçlük”də yer aldı 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Qızıl üçlük”də yer aldı 

İdman

20 İyun 2020 12:04 839


Azərbaycan çempionluğu elan olunan “Qarabağ” ardıcıl 7-ci dəfə bu titula yiyələnməyə müvəffəq olub.

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi çempionluq seriyası davam edən klubların sıralamasında irəliləyib.

Qurban Qurbanov kollektivi 6 ildir ölkəsində qızıl medallara yiyələnən “Astana”, “Yohor Darul Tazim”, “İstiqlal” və “Zalsburq”u geridə qoymağı bacarıb. Adıçəkilən klublardan ilk üçünün çempionatında 2020-ci il mövsümü yeni start götürübsə, “Zalsburq” başa çatmaq üzrə olan Avstriya Bundesliqasına liderlik edir. Marqarita pizza

“Qarabağ” ardıcıl 7-ci çempionluq sayəsində APOEL-lə 3-cü pilləyə şərik olub. Onlar erkən başa çatdırılan Kipr liqasında 3-cü yeri tutduğundan, təmsilçimizin növbəti il APOEL-i geridə qoymaq imkanı olacaq. Bu baş verərsə, “Qarabağ”ın TNS-ə çatacağı da dəqiqdir. Çünki həmin komandanın ardıcıl 8 çempionluqdan sonra seriyası qırılıb.

Sportinfo.az yazır ki, cari mövsüm çempionluğu rəsmiləşdirən “Bavariya” da sayı 8-ə yüksəldib. İtaliya və Bolqarıstanda 8 ildir qızılı heç kimə verməyən “Yuventus”la “Ludoqorets” isə hazırda davam edən mövsümün lideridir.

Ardıcıl çempionluq seriyası baxımından lider “Seltik”dir. Şotlandiyada cari mövsümü zirvədə tamamlayan komanda artıq sayı 9-a çatdırıb.

Davam edən çempionluq seriyaları:

“Seltik” (Şotlandiya) – 9 dəfə

“Yuventus” (İtaliya) – 8

“Ludoqorets” (Bolqarıstan) – 8

“Bavariya” (Almaniya) – 8

TNS (Uels) – 8

“Qarabağ” (Azərbaycan) - 7

APOEL (Kipr) – 7

“Astana” (Qazaxıstan) – 6

“Yohor Darul Tazim” (Malayziya) – 6

“İstiqlal” (Düşənbə, Tacikistan) – 6

“Zalsburq” (Avstriya) – 6


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!