“Qarabağ” qrupa düşməklə 3 milyon 630 min avro qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” qrupa düşməklə 3 milyon 630 min avro qazandı

İdman

01 Sentyabr 2023 12:39 626


“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməklə qazandığı məbləğ bəlli olub. 

Yenisabah.az-ın məlumatına görə, UEFA Azərbaycan çempionuna ilkin 3 milyon 630 min avro mükafat ödəyəcək. 

Avropa Liqasının qrupunda oynayacaq komandalar üçün 116 milyondan çox pul ayrılıb. Bu rəqəm 32 klub arasında bərabər bölünür. Hər iştirakçı 3,63 milyon qazanır. “Qarabağ” da pley-offda “Olimpiya”nı keçməklə bu vəsaitə sahib çıxıb.  Marqarita pizza

UEFA bundan əlavə vəsait də verir. Bu, klubların reytinqi və digər marketinq məsələlərinin detalları ilə tənzimlənir. 

Təmsilçimiz qrupda keçirəcəyi 6 matçda da qazanc əldə edə bilər. Burada hər qələbə 630, heç-heçə 210 min pul gətirəcək. Qrup qalibi 1,1 milyon, ikinci yerin sahibi 550 min əldə edəcək. Bu iki komanda həm də növbəti mərhələyə vəsiqə üçün əlavə bonus alacaq. Pley-offda iştirak 500 min, 1/8 finala vəsiqə 1,2 milyon gətirəcək. 

Qeyd edək ki, Konfrans Liqasına yuvarlanan “Olimpiya” 2,94 milyon qazanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!