“Qarabağ“ Qurban Qurbanovla 300-cü qələbəsini qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ Qurban Qurbanovla 300-cü qələbəsini qazandı

İdman

03 Fevral 2021 12:36 821


“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb.

Yenisabah.az xəbər verir ki, bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Öz meydanında “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb. Dominos pizza

Qeyd edək ki, 2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb. Qələbələrdən 223-ü Premyer Liqaya, 34-ü ölkə kuboku, 43-ü avrokuboklara təsadüf edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!