“Qarabağ“ rəhbərliyi Azərbaycan Mətbuat Şurasında olub

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ rəhbərliyi Azərbaycan Mətbuat Şurasında olub

İdman

26 May 2023 14:11 879


“Qarabağ”ın direktoru Emrah Çelikel və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının qonağı olub. 

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin direktoru dəvətə görə Rəşad Məcidə təşəkkürünü bildirib: 

“Dəvətə görə təşəkkür edirik. "Qarabağ" klubu mətbuata daim həssas yanaşıb. Media nümayəndələri ilə klubumuz arasında dostluq münasibətləri ilə olub və bundan sonra da davam edəcək. Mətbuat Şurasının rəhbərliyinə media ilə bağlı məsələlərdə göstərdiyi dəstəyə və həssas yanaşmaya görə də təşəkkür edirik”.  pizza hut

Mətbuat Şurasının sədri Rəşad Məcid klub rəsmilərinə minnətdarlıq edib və “Qarabağ”ın uğurlarına həmişə sevindiyini vurğulayıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!