“Qarabağ” rəqib meydanında qol vurmaq iqtidarındadır” –   Aslan Kərimov

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” rəqib meydanında qol vurmaq iqtidarındadır” – Aslan Kərimov

İdman

06 Avqust 2019 15:00 1306


“İki oyunun nəticəsi olaraq, hesab edirəm ki, “Qarabağ”ın şansları daha yüksəkdir. Ancaq Kiprin meydanında “Qarabağ” üçün bir az çətin olacaq. Orada qapılarını toxunulmaz saxlasalar, şansları artacaq”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında futbol üzrə şərhçi Aslan Kərimov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün keçiriləcək APOEL – “Qarabağ” matçını dəyərləndirərkən deyib. 

O, bəzi itkilərə baxmyaraq, “Qarabağ”ın rəqib meydanında qol vura biləcək gücdə olduğunu bildirib: Sezar pizza

“APOEL-in heyəti legionerlərlə komplektləşdirilmiş komandadır, yerli oyunçular azdır. Çempionlar Liqasında, Avroliqada təcrübələri var. Lakin heyətlərində problemlərin olduğu bildirilir. Baxmayaraq ki, “Qarabağ”da da müdafiənin tam mərkəzində Bədavinin sağalmaması məsələsi var. Düşünmürəm ki, “Qarabağ” orada tam açıq futbol nümayiş etdirəcək. Qapalı oyun sərgilləsə, bu problemi aradan qaldıracaq. Qol vurmaq baxımından isə, komandanın əkshücumlarda sürətli oyunçuları kifayət qədərdir. Həm sağ, həm sol cinahda pas verən pas verən oyunçuları var. Ona görə də bu da bizə ümid verir ki, “Qarabağ” rəqib meydanında qol vurmaq imkanında, iqtidarındadır. Belə olduqda isə, artıq ikinci oyunda məsələnin taleyini həll edə bilərlər”.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!