“Qarabağ“ rəqibə kəllə atan futbolçunu cəzalandırdı: Pul üzünə həsrət qalacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ rəqibə kəllə atan futbolçunu cəzalandırdı: Pul üzünə həsrət qalacaq

İdman

20 Fevral 2021 10:39 832


"Qarabağ" futbolçusu Kevin Medinanı cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 1:2 hesab ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alan kolumbiyalı oyunçuya cəza verdiklərini bildirib:

"Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir". pizza

Qeyd edək ki, Medina görüşün  73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Sözügedən hərəkətinə görə, o, 4 oyunluq cəzalandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!