“Qarabağ” “Sabah”a qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Sabah”a qalib gəldi

İdman

24 Noyabr 2023 22:23 1143


Milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb.

Yenisabah.az xəbər verir ki, 14-cü turun ilk oyun günündə 1 matç keçirilib.

"Qarabağ" səfərdə "Sabah"la qarşılaşıb qalib gəlib - 2:1. Bu nəticədən sonra Ağdam təmsilçisi 29 xalla liderliyə yüksəlib. 27 xalla 2-ci olan "Zirə" noyabrın 26-ı "Sumqayıt"ı məğlub etsə, liderliyi bərpa edəcək Sezar pizza

"Sabah"la ilk dövrədə keçirilən oyunda da "Qarabağ" 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 14-cü turun digər oyunları noyabrın 25-i və 26-da keçiriləcək.

 

24 noyabr (cümə)

20:00.“Sabah” – “Qarabağ” - 1:2

Qollar: Cesse Sekidika, 63 - Toral Bayramov, 58-pen., Nəriman Axundzadə, 60 

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev

“Bank Respublika Arena”

32-ci dəqiqədə "Sabah"ın futbolçusu Emmanuel Apeh penaltini düzgün yerin yetirə bilməyib və top qapı tirinə dəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!