“Qarabağ” “Sabah”la üz-üzə gələcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Sabah”la üz-üzə gələcək

İdman

29 Sentyabr 2024 09:24 512


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ" "Sabah"la üz-üzə gələcək.

"Report"un məlumatına görə, "Azersun Arena"dakı qarşılaşma saat 19:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 15 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 14 xalla dördüncü sıradadır. pizza sifarişi

Günün ilk görüşündə "Turan Tovuz" "Şamaxı"nın qonağı olacaq. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Tovuz təmsilçisi 14 xalla beşinci, bir oyun az keçirən meydan sahibləri 11 xalla altıncıdır.

Azərbaycan Premyer Liqası

VIII tur

29 sentyabr (bazar)

16:00. “Şamaxı” – “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Nəriman Axundov

Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

VAR: Əliyar Ağayev

AVAR: Rəvan Həmzəzadə

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Azersun Arena”

Qeyd edək ki, turun əvvəl oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!