“Qarabağ“ Şahruddinə İngiltərədə əvəzləyici tapdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ Şahruddinə İngiltərədə əvəzləyici tapdı

İdman

28 İyul 2023 22:31 1322


UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una 2:3 hesabıyla uduzan "Qarabağ" qapı mövqeyi ilə bağlı hərəkətə keçib.

Yenisabah.az Offsideplus-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin əsas "çərçivə qoruyucusu" Şahruddin Məhəmmədəliyevin sözügedən görüşdə buraxdığı kobud səhvlər və ardından edilən kəskin tənqidlər son ölkə çempionunu bu addımı atmağa vadar edib.

"Qarabağ" İngiltərənin "Haddersfild" klubunun qapıçısı Li Niçolzla maraqlanır. Dominos pizza

"Atlılar" Çempionşip təmsilçisində çıxış edən 30 yaşlı qolkiperi Şahruddin Məhəmmədəliyevə əvəzləyici olaraq görür.

"Uiqan" klubunun yetirməsi olan Niçolzun "Haddersfild"lə 2026-cı ilədək müqaviləsi var. Onun transfer dəyəri isə 900 min avrodur.

Təcrübəli "əlcək sahibi" çiynindən aldığı zədəyə görə bir müddət yaşıl meydanlardan kənarda qalacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!