Qarabağ sazişi ilə bağlı ABŞ və Fransanın “çox sayda sualı” var

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ sazişi ilə bağlı ABŞ və Fransanın “çox sayda sualı” var

Dünya

17 Noyabr 2020 13:45 1063


ABŞ dövlət katibi Mayk Pompeo və Fransanın xarici işlər naziri Jan-İv Le Drian bazar ertəsi Parisdə Dağlıq Qarabağdakı vəziyyəti “hərtərəfli” müzakirə ediblər, bu barədə jurnalistlərə Dövlət Departamentinin yüksək vəzifəli məmuru Turan-ın Vaşinqton müxbirinə deyib.

Pompeo ABŞ-ın müttəfiqi olan Avropa ölkələrinə turnesi çərçivəsində şənbə günü Fransanın paytaxtına gəlib. “Dağlıq Qarabağ, Qafqaz haqqında çox danışıblar”, deyə dövlət departamentinin nümayəndəsi dövlət katibinin Le Drianla görüşündən sonra jurnalistlərə bildirib.

“Onlar iki həmsədr olaraq Minsk Qrupu prosesindəki həmsədr rolumuza sadiq olduğumuz, Rusiyanın – üçüncü həmsədrin atəşkəsə gətirib çıxaran addımlarını da məhz bu cür qiymətləndirdiyimiz fikrindədirlər. pizza

Bu, bir həftəyə yaxındır davam edir. Amma, eyni zamanda qeyd edilib ki, bu sazişin parametrləri, o cümlədən türklərin rolu ilə bağlı ruslardan açıqlama tələb edən bir çox sual qalır”, deyən mənbə əlavə edib ki, “bu barədə daha çox məlumat əldə edilməlidir”.

Dövlət Departamentinin məlumatına görə, ruslar artıq daha çox açıqlama üçün MQ həmsədrlərini Moskvaya dəvət ediblər.

“Həmsədrlər və onlar arasında telefon söhbətləri olub. Xarici işlər naziri Le Drian qeyd edib ki, Lavrovla danışıb, o, atəşkəs üçün tədbirlər gördüklərini və  əslində bunun fövqəladə humanitar vəziyyət olduğunu etiraf edib, baxmayaraq ki, hələ də suallar qalır”, deyə mənbə əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!