“Qarabağ” səfərdə “Ludoqorets”i darmadağın edərək ÇI-nin pley-offuna yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” səfərdə “Ludoqorets”i darmadağın edərək ÇI-nin pley-offuna yüksəldi

İdman

14 Avqust 2024 00:45 1371


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçı başa çatıb.

Yenisabah.az xəbər verir ki, "Ludoqorets Arena"dakı matç komandamızın qələbəsi ilə yekunlaşıb.

Oyunun əsas vaxtında "Qarabağ" 3:2 hesablı qələbə qazanıb. Bakıdakı oyunda "Ludaqorets" üstün olduğundan (2:1) əlavə vaxta ehtiyac duyulub.  Dominos pizza

Əlavə vaxtda isə "Qarabağ" 4 qol vuraraq rəqibini darmadağın edib. Bununla da təmsilçimiz Çempionlar Liqasının Pley-off mərhələsinə vəsiqə qazanıb. "Qarabağ" bu mərhələdə Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə qarşılaşacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!