Azərbaycan Kubokunun "Qarabağ" - "Zirə" komandaları arasındakı final qarşılaşması baş tutub.
Yenisabah.az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən görüş maraqlı mübarizə şəraitində keçib.
Oyunda hesabı "Qarabağ" açıb. Ağdam klubu matçın 42-ci dəqiqəsində Olavio Juninyonun vurduöu qolla önə keçib. pizza sifarişi
Oyunun 57-ci dəqiqəsində İsmayıl İbrahimli rəqibi cəzalandırıb və hesab bərabərləşib. 62-ci dəqiqədə Abdullah Zubir komandasını yenidən önə keçirib və matçın yekun hesabını müəyyənləşdirib - 2:1.
Qeyd edək ki, Ağdam klubu səkkizinci dəfə Azərbaycan Kubokunun qalibi olub.
Telegram kanalımız