“Qarabağ” - “Sevilya” danışıqlarında son durum necədir?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Sevilya” danışıqlarında son durum necədir?

İdman

29 Dekabr 2024 16:29 848


İspaniyanın “Sevilya” klubu “Qarabağ”ın hücumçusu Juninyonu heyətinə qatmaq üçün danışıqları davam etdirir.

Yenisabah.az xəbər verir ki, tərəflərin razılığa gəlib və Juninyonun artıq “Sevilya”ya keçməyə yaxın olması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Hazırda klublar arasında heç bir razılıq yoxdur və danışıqlar davam edir. “Sevilya” Juninyonu bu qış heyətinə cəlb etmək istəyir. Sezar pizza

Xatırladaq ki, “Qarabağ" daha əvvəl "Sevilya"dan gələn rəsmi transfer təklifinə imtina cavabı verib. Klubun direktoru Emrah Çelikel daha öncə bildirib ki, buna təklif edilən məbləğin klubun tələblərinə cavab verməməsi səbəb olub. Lakin danışıqlar dayandırılmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!