“Qarabağ” sifariş ərizəsini UEFA-ya göndərdi - Yeni legionerlər də var

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” sifariş ərizəsini UEFA-ya göndərdi - Yeni legionerlər də var

İdman

23 Avqust 2023 12:32 560


"Qarabağ" "Olimpiya" (Sloveniya) ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. 

Yenisabah.az xəbər verir ki, siyahı UEFA-nın rəsmi saytında yayımlanıb. "Olimpiya" ilə ilk oyun avqustun 24-də Lyublyanada, cavab matçı avqustun 31-i Bakıda keçiriləcək.

Avropa Liqasının pley-off mərhələsinin matçları üçün sifariş ərizəsində 25 futbolçu yer alıb. Onların arasında yeni legionerlər - rusiyalı qapıçı Andrey Lunyev və braziliyalı müdafiəçi Mateus Silva da var. pizza

Sifariş ərizəsi

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Andrey Lunyev

Müdafiəçilər: Mateus Silva, Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev

Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Adama Diakabi, Leandro Andrade, Redon Cica, Riçard Almeyda, Patrik Andrade, Toral Bayramov

Hücumçular: Hamidu Keyta, Juninyo, Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!