“Qarabağ” - “Sivasspor” matçı sükutla başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Sivasspor” matçı sükutla başlayacaq

İdman

26 Noyabr 2020 09:24 1073


Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində bu həftə keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.

Sloveniyalı funksioner artıq bununla bağlı xüsusi tapşırıq verdiyini bildirib. O, Maradonanın ölüm xəbərindən məyus olduğunu söyləyib. Toyuqlu pizza

Qeyd edək ki, bu gün İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda “Qarabağ” - “Sivasspor” matçı da keçiriləcək. Bakı vaxtı ilə saat 21:55-də start veriləcək bu oyundan öncə də 1 dəqiqəlik sükut elan olunacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!