“Qarabağ” son dəqiqə qolu ilə “Bayer”ə məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” son dəqiqə qolu ilə “Bayer”ə məğlub oldu

İdman

15 Mart 2024 02:07 1074


Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulub.

Yenisabah.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" cavab qarşılaşmasında Almaniyada bundesliqanın lideri "Bayer"in qonağı olub

Oyunda "Qarabağ" hesabı açıb. Daha sonra komandamız azlıqda qalıb. Elvin Cəfərquliyev meydandan qovulub. Buna baxmayaraq "Qarabağ" daha bir qol vurub. Hesabda 2:0 öndə olan komandamız üstünlüyünü sona qədər qoruyub saxlaya bilməyib.  Sezar pizza

Görüşdə "Qarabağ" 90+3-cü dəqiqəyədək qalib durumda olsa da, sonda rəqib 2 qol vurub. Bununla da "Bayer" mərhələ adlayıb - 3:2.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı ilə başa çatmışdı. 

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 3:2

Qollar: Jeremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+8 - Abdullah Zubir, 59, Juninyo, 68 

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ")

İlk oyun - 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. "Bay-Arena"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!