Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Lider "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşacaq. Bu komandalar arasında ilk dövrədəki matçda Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. Bu gün oynanılan matçda isə "Qarabağ" hesabda önə keçsə də, meydan sahibləri 3 dəqiqəyə 2 qol vuraraq qalib gəliblər. Bu, çempionatın liderinin ilk məğlubiyyəti olub. pizza
Qeyd edək ki, turun digər görüşləri 23-24 noyabr tarixlərində oynanılacaq.
Premyer Liqa, 12-ci tur
22 noyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ” - 2:1
Qol: Peyman Babayi, 65 , 68 - X.Romero, 36
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
Telegram kanalımız