Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında son iki oyunundan qələbə ilə ayrılan və liderlər qrupunda qərarlaşmış “Sumqayıt” çempion “Qarabağ”ı qəbul edib. Meydan sahibləri son dəqiqələrə qədər hesabda irəli olsalar da "Qarabağ" bərabərlik qolunu vura bilib - 2:2. Toyuqlu pizza
Qeyd edək ki, sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” oyunları keçiriləcək. Tura bazar günü baş tutacaq “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
4-cü tur
25 sentyabr
“Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar: Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 - Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.
Telegram kanalımız