“Qarabağ” tank kimi üstümüzdən keçdi - “Braqa”nın oyunçusu 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” tank kimi üstümüzdən keçdi - “Braqa”nın oyunçusu 

İdman

16 Fevral 2024 09:28 903


Etiraf etməliyik ki, bizim günümüz deyildi. “Qarabağ” tank kimi üstümüzdən keçdi. Növbəti oyunlarda daha diqqətli olmalı, vəziyyəti öz xeyrimizə dəyişməliyik. 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Braqa"nın futbolçusu Abel Ruis UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuata açıqlamasında deyib. 

Nəticənin ürəkaçan olmadığını bildirən 24 yaşlı hücumçu əlavə edib: “Qarşıda daha bir oyun var. Əvvəlcə diqqətimizi çempionata yönəldəcəyik, sonra isə “Qarabağ”la səfər matçı haqqında düşünəcəyik. Cavab qarşılaşmasında əlimizdən gələni edəcəyik”.  Dördpendirli pizza

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında ikinci oyun fevralın 22-də Bakıda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!