“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

İdman

07 Sentyabr 2022 18:09 1229


“Qarabağ” “Trabzonspor”dan ayrılan  Benqali-Fode Koyta ilə anlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. 

O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”. pizza mizza

Qeyd edək ki, Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. 2 il burada oynadıqdan sonra İngiltərə “Bləkbörn”ünə transfer olunub. 

2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçib. Burada 5 il çıxış edib və 100 oyuna 27 qol vurub. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 18 oyuna qol vura bilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!