“Qarabağ üçün cəmi 5 günümüz var”   - Saqatelyan

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ üçün cəmi 5 günümüz var” - Saqatelyan

Rəsmi

29 May 2022 11:19 1314


“3 iyun Qarabağ üçün həlledici gündür və bizim cəmi 5 günümüz var”.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan "Müqavimət Hərəkatı"nın rəhbərlərindən biri İşxan Saqatelyan deyib.

O bildirib ki, iyunun 3-dək Ermənistandakı bütün siyasi qüvvələr və dövlət qurumları müxalifətin Bakı və Ankara ilə münasibətlərlə bağlı təklif etdiyi bəyanata münasibət bildirməlidir: pizza hut

"Qarabağda ermənilərin mövcudluğu və Ermənistanın dövlətçiliyi üçün zəruri olan minimum tələbləri sənəd şəklində formalaşdırıblar. Kim bu sənədə qarşıdırsa, erməni xalqına qarşıdır. Əgər kimsə bu sənədin əleyhinədirsə, o ya başqa ölkənin agentidir, ya da düşmənin maraqlarına xidmət edir”.

Müxalifət liderinin sözlərinə görə, Ermənistan Milli Assambleyasının iyunun 3-də keçirilməsi nəzərdə tutulan növbədənkənar iclasına başlamazdan əvvəl bütün siyasi qüvvələr, ictimai təşkilatlar, ziyalılar, Milli Elmlər Akademiyası, bütün dövlət qurumları bu məsələ ilə bağlı qərar verməli və öz mövqelərini bildirməlidir:

 

“Bazar ertəsi saat 11:00-dan hamını meydana dəvət edirik, bir neçə istiqamətə və bir neçə ünvana gedək. Hər kəs öz fraksiyasının deputatlarından tutmuş hökumət üzvlərinə kimi cavab verməlidir". 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!