Qarabağ Universitetində beynəlxalq konfrans işinə başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetində beynəlxalq konfrans işinə başlayıb

Siyasət

11 Aprel 2025 09:06 253


Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransda bir sıra xarici ölkənin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildirib: Marqarita pizza

"Qarabağ Universiteti tibb təhsilinin inkişafı istiqamətində öz missiyasını yerinə yetirməyə davam edəcək".

Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev qeyd edib ki, konfransın əsas hədəfi “Tibb və tibb bacısı” proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirməkdir:

"Bu konfrans metodologiyasının həm beynəlxalq standartlara uyğun, həm də yerli ehtiyaclara cavab verən tədris proqramlarının formalaşmasına töhfə verəcək".

Konfrans müxtəlif mövzular ətrafında panel müzakirələr, çıxışlar, qrup işləri və təqdimatlar əsasında davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!