Qarabağ Universitetində daha bir istefa

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetində daha bir istefa

Sosial

05 Avqust 2025 15:36 3846


Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva vəzifəsindən ayrılıb.

Yenisabah.az teleqraf-a istinadla xəbər verir ki, o da ərizəsi ilə işdən azad olunub.

A.Quliyeva universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən ötən ilin iyulunda sözügedən vəzifəyə təyinat almışdı. Toyuqlu pizza

Xatırladaq ki, bundan əvvəl Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova öz istəyi ilə işdən çıxıb.

Onun başqa bir sahədə yüksək vəzifəyə təyin olunacağı gözlənilir. Hələlik Nərgiz İsmayılovanın yerinə yeni təyinat yoxdur. 

Qarabağ Universiteti Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitetin rektoru Şahin Bayramovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!