“Qarabağ“ və “Neftçi“nin oyununun hakimləri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ və “Neftçi“nin oyununun hakimləri məlum oldu

İdman

13 Avqust 2021 14:07 1499


“Qarabağ” və “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb.

Yenisabah.az xəbər verir ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilcək "Qarabağ" - “Aberdin” (Şotlandiya) görüşünü Sloveniyadan olan Rade Obrenoviç idarə edəcək.

Ona yan xətdə Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcək. pizza

Dördüncü hakim isə Asmir Saqrkoviçdir.

Eyni gündə "Bakcell Arena”da keçiriləcək “Neftçi” - "Makkabi" (Hayfa, İsrail) oyununu isə fransalı Delayod Uilli idarə edəcək.

Onun köməkçiləri Mehdi Rahmouni və Edvin Kristof Finyean olacaq.

Tomas Leonard isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

"Qarabağ"ın oyunu saat 20:00, "Neftçi"nin matçı isə saat 21:00-da başlayacaq. Cavab oyunları avqustun 26-da baş tutacaq.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!