“Qarabağ” və “Sabah” irəlilədi, “Neftçi” gerilədi - Dünya reytinqi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” və “Sabah” irəlilədi, “Neftçi” gerilədi - Dünya reytinqi

İdman

12 Sentyabr 2023 11:26 496


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 

Yenisabah.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 405 komanda yer alıb. 

Reytinqdə Azərbaycanın 3 təmsilçisi də var. “Qarabağ” 144,5 xalla 64-cü yerdə qərarlaşıb. Ağdam təmsilçisi bu nəticə ilə ötən ayla müqayisədə 15 pillə irəliləyib. Qurban Qurbanovun komandası “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel”i (Fransa) qabaqlayıb.  pizza mizza

64,5 xalı olan “Sabah” 51 pillə irəliləyərək, 286-cı yerdə qərarlaşıb. 

63,75 xala malik “Neftçi” 13 pillə geriləyərək 311-ci olub.

Siyahıya “Mançester Siti” (İngiltərə, 312 xal) liderlik edir. “Real” (Madrid, İspaniya, 301 xal) 2-ci, “Flamenqo” isə (Braziliya, 268 xal) 3-cüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!