“Qarabağ” - “Vilyarreal” matçını bu hakim idarə edəcək   - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Vilyarreal” matçını bu hakim idarə edəcək - Foto

İdman

27 Oktyabr 2020 14:00 1045


"Qarabağ"ın İspaniya "Vilyarreal"ına qarşı keçirəcəyi UEFA Avropa Liqasının I qrupunun II tur oyunu üçün təyinatlar açıqlanıb.

Yenisabah.az xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.

Referi Pavel Orelə Petr Blajey və İrji Krjij köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək. Sezar pizza

Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqovadır.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!