“Qarabağ” önə keçdiyi matçda “Vilyareal”a uduzdu - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” önə keçdiyi matçda “Vilyareal”a uduzdu - Yenilənib

İdman

29 Oktyabr 2020 23:50 1742


Bu gün Avropa Liqasında qrup mərhəlisinin 2-ci turunun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Qurban Qurbanovun komandası qrupun favoriti hesab olunan "Vilyarreal"ı qəbul edib.

Bu, Ağdam təmsilçisinin qrupda ilk ev görüşü olub. Lakin İspaniya klubu ilə qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə baş tutub. Dominos pizza

Matçda komandamız hesabı açsa da, qonaqlar 3 qol vuraraq qalib gəliblər.

Paralel keçiriləcək qrupun digər oyununda isə "Sivassppor" (Türkiyə) "Makkabi"ni (İsrail) qəbul edib. Bu görüşdə də qonaqlar qalib gəlib - 1:2.

29 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

I qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) - 1:3

Qollar: Ovusu Kvabena, 78, - Yeremi Pino, 80, Pako Alkaser, 85, 90+6-pen.

Baş hakim: Pavel Orel (Çexiya)

İstanbul. “Başakşəhər Fatih Terim” stadionu 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!