“Qarabağ” yaxınlarda öz doğma stadionuna qayıdacaq”   - Elxan Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” yaxınlarda öz doğma stadionuna qayıdacaq” - Elxan Məmmədov

İdman

02 Oktyabr 2020 15:56 1109


“Azərbaycan futbol ailəsi adından ön cəbhədə xidmət aparan bütün hərbi qulluqçularımıza təşəkkürümüzü bildiririk. Biz onlarla fəxr edirik”.

Yenisabah.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirərkən deyib.

Assosiasiya rəsmisi həmçinin “Qarabağ” klubunun Avropa Liqasının pley-off mərhələsində Polşa təmsilçisi “Legiya” üzərində qələbə qazanması (3:0) münasibətilə Azərbaycan xalqını təbrik edib: “İndiki həssas məqamda bu çox önəmli qələbə idi. Növbəti dəfə “Qarabağ” klubu, Azərbaycan futbolu avrokubokların qrup mərhələsində təmsil olunacaq. “Qarabağ” dünyada yeganə komandadır ki, ev oyunlarını doğma meydanda yox, digər şəhərdə keçirir. Amma son həftə ərzində baş verən hadisələr bizə ümid verir ki, yaxın gələcəkdə “Qarabağ” öz doğma stadionuna qayıdacaq”. pizza hut

Məmmədov Varşavadakı görüşdə Azərbaycan çempionunun böyük əzmkarlıq nümayiş etdirdiyini söyləyib: “Futbolçular oyunun məsuliyyətini dərk edirdilər. Odur ki, var gücləri ilə mübarizə aparırdılar. Amma xüsusi qeyd etmək lazımdır ki, yerlilərlə yanaşı, legioner futbolçular da matçın əhəmiyyətini, məsuliyyətini dərk edirdilər. Bu, birbaşa baş məşqçinin əməyinin nəticəsidir. Yerli və əcnəbi futbolçularla birlikdə komandada eyni ruh yarada bilib. Oyunçular eyni templə, eyni bacarıqla oynadılar və layiq olduğu qələbəni qazandılar. Bir daha qələbə münasibətilə “Qarabağ” klubunu təbrik edirəm, Avropa Liqasının qrup mərhələsində uğurlar arzulayıram”.

O, dünənki görüşdən dərhal sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla telefon vasitəsilə əlaqə saxlayaraq təbrik etdiyini və təşəkkürünü bildirdiyini deyib: “Çünki komanda ilk dəqiqələrdən son anadək məsuliyyəti dərk edərək, gözəl oyun göstərdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!