“Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azersun Arena” 2019-cu ilin avqustundan etibarən təmirə bağlanmışdı. Stadionun noyabr ayından oyunlara hazır olacağı gözlənilsə də, Ağdam klubu matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirdi.
Bəs görəsən, mövsümün ikinci yarısından sonra “Qarabağ” ev oyunlarını “Azersun Arena”da keçirəcəkmi?
Bu sualımıza cavab tapmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, görüşlər hələ ki, “Tofiq Bəhramov”da baş tutacaq: Marqarita pizza
“Qışdır və həsas dönəmdir. Ona görə də oyunlarımızı “Azersun Arena”da yox, “Tofiq Bahramov”da oynayacağıq. Ən azından ilk oyunumuz orada olacaq. Sonrasına da baxacağıq”.
N.İbrahimov qış toplanışı dövründə zədələnən futbolçulardan danışıb: “Ciddi zədəsi olan futbolçumuz yoxdur. Yalnız Rahil Məmmədovun müəyyən zədələri var”.
Qeyd edək ki, “Qarabağ” qış fasiləsindən sonra ilk matçında fevralın 2-də səfərdə “Səbail”lə qarşılaşacaq.
Naibə Məmmədova
Telegram kanalımız